“Hərəkətə keçilməlidir” – Türkiyə PUA-ları Almaniyanı narahat edirbackend

"Hərəkətə keçilməlidir" - Türkiyə PUA-ları Almaniyanı narahat edir

Türkiyə müdafiə sənayesinin Pilotsuz Uçuş Aparatları (PUA) istehsalında əldə etdiyi uğurlara beynəlxalq səviyyədə reaksiyalar davam edir.

KONKRET.az xəbər verir ki, Türkiyənin bu istiqamətdə əldə etdiyi uğurlar Almaniyada narahatlığa səbəb olub.

Almaniyanın populyar “Handelsblaat” qəzetində bu mövzuya dair irəli sürülən iddialar ciddi düşünməyə səbəb ola bilər.

Xəbərin məzmununda Türkiyə PUA-larında istifadə edilən süni intellekt texnologiyasına qarşı hərəkətə keçilməsi vurğulanıb və Türkiyənin bu texnologiyadan uzun müddətdir istifadə etdiyi bildirilib. Qəzet Türkiyənin PUA-larla xüsusən də Liviyada əldə etdiyi uğurları da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*