Həyat yoldaşı şəhidin il mərasiminə gedərkən qəzaya düşüb HƏLAK OLDU – VİDEO + YENİLƏNİBbackend

Həyat yoldaşı şəhidin il mərasiminə gedərkən qəzaya düşüb HƏLAK OLDU - VİDEO + YENİLƏNİB

 16:58

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, Vətən müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.

Avtomobildə olan digər sərnişin də qəzada ölüb.

Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.

 

***

Qəza Kürdəmir rayonunun Şüşün kəndindən keçən hissəsində baş verib.

KONKRET.az xəbər verir ki, “Ford” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Qəza nəticəsində G. Ələsgərovadan başqa, 1983-cü il təvəllüdlü Emin Tağıyev də hadisə yerində vəfat edib. Bir nəfər isə xəsarət alıb.

Qəza zamanı G. İsgəndərovanin azyaşlı övladı da yanında olub. Onun vəziyyəti yaxşıdır.​

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*