Hökməlidə şəhid ailələrinə təzyiq göstərilib? – RƏSMİ AÇIQLAMAbackend

Hökməlidə şəhid ailələrinə təzyiq göstərilib? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Binəqədi rayonunda polis, SOCAR və İcra Hakimiyyəti əməkdaşlarının şəhid ailələrinə qarşı guya təzyiq edilməsi ilə bağlı məqsədli olaraq təşkil olunan görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, rayonun Hökməli qəsəbəsində bir qrup şəxs tərəfindən qanunsuz olaraq torpaqların zəbt olunaraq tikinti aparılması müşahidə olunub:

“Həmin yerdə qeydə alının qanunsuz halların qaşısını almaq üçün əraziyə cəlb olunan müvafiq qurumlarının əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayan həmin şəxslər, şəhid və qazi ailələri adından sui-istifadə edərək diqqəti qanunsuz əməllərdən yayındırmağa çalışıblar”.

E.Hacıyev bildirib ki, hadisə yerində hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır:

“Polis əməkdaşları ərazidə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin ediblər”./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*