İbrahim Rəisi: “Qonşularımızla münasibətlərə xələl gəlməsinə imkan verməyəcəyik”backend

İbrahim Rəisi: "Qonşularımızla münasibətlərə xələl gəlməsinə imkan verməyəcəyik"

Qonşularımızla münasibətlərə xələl gəlməsinə imkan verməyəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün Şərqi və Qərbi Azərbaycan vilayətlərinin parlamentdəki deputatları ilə görüşündə deyib.

Görüşün əvvəlində azərbaycanlı millət vəkilləri hər iki əyalətdə qonşu ölkələrlə sərhəd ticarət məntəqələrində yaranan problemlərdən bəhs edib.

Millət vəkilləri bildirib ki, Urmu gölünün quruması hər iki əyalətdə ətraf mühiti təhdid edir.

Şərqi və Qərbi Azərbaycanda yarımçıq qalmış iqtisadi layihələrin həyata keçirilməsinə yardım edəcəyini vurğulayan Rəisi İranın qonşuları ilə bağlı münasibətlərindən də söz açıb.

O, İranın 15 qonşusu ilə münasibətlərində hər hansı bir problemin olmadığını deyib.

“Qonşularımızla əlaqələr qurmaq və onu inkişaf etdirmək hökumətin prioritet məsələsidir. Lakin hesab edirik ki, yad qüvvələr regionun və qonşu ölkələrin xeyirxahı deyillər. Əcnəbilər sadəcə bölgədə öz ekspansionist maraqlarını güdürlər və ona nail olmaq istəyirlər. Biz isə sionistlərin qonşularımızla münasibətlərimizə xələl gətirməsinə imkan verməyəcəyik”, -deyə İbrahim Rəisi əlavə edib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*