“Maaş məsələsi çətin məsələdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Xəzər Xəbər”ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, həkimlərin əməkhaqqlarında ciddi fərq var:
“Həkimlərin və orta tibb işçilərinin əməkhaqqlarının artırılmasının üzərində çalışırıq. Bununla bağlı ciddi işlər görülür. İcbari Tibbi Sığorta layihəsi tətbiq olunduqdan sonra həkimlərin əməkhaqqlarında ciddi fərqlər var. TƏBİB tabeli tibb müəssisələrində və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində çalışan həkimlərimizin maaşı icbari tibbi sığorta əlavəsi ilə birlikdə 1 200 manatdan aşağı deyil. İlk işə başlayan həkimimiz 1 000 – 1 200 manat civarı əməkhaqqı alır. Amma onun əldə edəcəyi bonus göstərdiyi xidmətin sayından və keyfiyyətindən asılıdır”.
Ətraflı videoda:

Bizim Azərbaycan həkimləri çox savadlılar. Amma rüşvətxordular. Xəstə pul verməyəndə resepti düzgün yazmırlar.
Bu sözləri ümumilikdə həkimlərin 10% nə şamil etmək olar.Hətta bu halda belə qeyd olunan məbləğ real deyil.Mən ali təhsilli həkiməm(25 il iş təcrübəm var) və TƏBİB tabeliyində olan tibb müəssisəsində çalışıram.Aylıq əmək haqqım 560 AZN təşkil edir.Vergilər tutulduqdan sonra 462 AZN aylıq əmək haqqı alıram.Bu reallıqdır!!!!
Sabit əlavə almırsınız doktor?