“İllərlə maliyyələşdirdiyiniz Azərbaycanın antimilli ünsürlərin xəyanətini bir gün siz də yaşayın”backend

"İllərlə maliyyələşdirdiyiniz Azərbaycanın antimilli ünsürlərin xəyanətini bir gün siz də yaşayın"

ABŞ siyasəti maskasını çıxarır. 200 ildən çox idi ki, şəffaf seçki maskası altında gizlətdikləri əsl siyasət aşkara çıxdı. Ölkənin yeni tarixi başlandı. Bəli, məhz yeni tarixi. O tarixi ki, sadə amerikalılar o tarixi yaşamağa başladılar. Terrorçu və qiyamçı adı altında. Belə ki, Cozef Bayden Konqres binasına daxil olanları məhz belə də adlandırdı. Nəzərə alsaq ki, seçkilərdəki özbaşınalıqdan narazı qalanların həbsi məhz terrorçuluq maddəsi ilə təsbit olunacaq, onda diktatura rejiminin zəfər çaldığını söyləmək olar.

Amerika diktatura sifətini göstərdi. Halbuki onları dinləmək, yaxud səslərin yenidən sayılmasını təşkil etmək olardı. Lakin Bayden heç bir seçilmə imkan vermədi. Dünyaya söz azadlığından danışanlar Dinald Trampın facebook və twitter səhifəsini bağlamaqla o azadlığa da son qoydular. Yəni Trampın ABŞ-ın prezidenti olması nəzərə alınmadı. Dünyaya demokratiya dərsi keçənlər narazı insanları eşitməyib qətlə yetirdilər, həbs etdilər, zorakılıq göstərdilər.

Ancaq onlara söz demək azadlığını əvvəldən əllərindən almışdılar. Axı elektorat neyləsin ki, sözlərini deməyə bütün qapılar üzlərinə bağlanmışdı. Seçkilərdən sonra KİV orqanlarına sanki tapşırıq verilmişdi ki, Tramp tərəfdarlarını yaxına buraxmayın. Heç şəhər merləri onlara dinc yürüşlər keçirməyə də icazə vermədi. Belə olan surətdə narazılar Konqres binasına üz tutdular, Bayden hakimiyyətinin təsdiqlənməsinə mane olmağa çalışdılar. Yaşlı qadından silah tapılması isə sadə amerikalıları ona görə qəzəbləndirdi ki, artıq hakimiyyət şantaja keçmişdi.

Adamları o da qəzəbləndirdi ki, yeni prezident radikal addım atmaqla adamların hüquqlarını pozdu. Halbuki səslər yenidən hesablana bilərdi. Lakin xalqına qarşı belə radikal addım atan insan çoxdan o səsləri “qaydasına” salıb, kamera görüntüləri də çoxdan silinib. Və ən başlıcası odur ki, ABŞ-ın sərfəli siyasəti ortaya çıxdı.

Deməli, Konqres binasına daxil olmaq hakimiyyətə qarşı qiyamdır, amma 2019-cu ilin iyul ayında Bakıda Milli Məclisin binasına daxil olmaq demokratiya əlamətidir. Elə bu dırnaqarası sərfəli siyasətlə məşğul olmaq ucbatından diqtə etməyə çalışdıqlarınız öz başınıza gəlir. İndi kimdir daha demokratik ölkə? Siz, ya biz?

Milli Məclisə daxil olanları heç bir fiziki zor tətbiq etmədən həbs edən Azərbaycan, ya 5 nəfəri qətlə yetirən, onlarla insanı həbs edən, üstəlik terrorçu, qiyamçı yarlığını boyundan asan siz. İllərlə Soros maliyyəsi ilə maliyyələşdirdiyiniz daxili 5-ci kolon üzvlərinizin antimilli xəyanətlərini bir gün siz də yaşayın. İllərlə ölkələrə o qədər demokratiya dərsi keçdiniz ki, alt qatdakı problemlərinizi görmədiniz. Azərbaycan kimi ölkələrdəki müxalifət partiyalarını maliyyələşdirib Qarabağ kimi haqq işində də hakimiyyətə qarşı qoymağa çalışdınız. Hələ də yeni kolonlar yetişdirirsiniz ki, Azərbaycanın uğuruna kölgə salsın, hakimiyyətin gözdən düşməsinə şərait yaratsınlar. Ancaq planlarınız heç vaxt alınmayacaq. Çünki demokratiya və söz azadlığı məsələsində səmimi deyilsiniz. Azərbaycan Milli Məclisə daxil olmuş şəxsləri həbsdən azad etdi. Amma siz azad etməyəcək, uzun illər azadlıqdan məhrum edəcəksiniz. Çünki onlara “terrorçu” adı vermisiniz. Terrorçuluğun bədəli ağır olur. Beləliklə, ABŞ maskanı çıxardı, xalqına divan tutdu. Halbuki məsələni dinc şəkildə yoluna qoya bilərdi. Öz xalqını qətlə yetirənin isə bundan sonra demokratiya dərsi keçməyə haqqı olmamalıdır. Siz yalnız diktatura dərsi keçə bilərsiniz.

Azər Məmmədov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*