İmamoğlu sənətçilərdən üzr istədibackend

İmamoğlu sənətçilərdən üzr istədi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bugünkü açıqlamasına görə sənətçilərdən üzr istəyib.

KONKRET.az xəbər verir ki, E.İmamoğlu bu barədə Tvitter hesabında yazıb.

Belə ki, Əkrəm İmamoğlu Türkiyənin 2022-ci il investisiya proqramına daxil edilməyən metro layihəsinin təsdiq prosesinin uzadılması ilə bağlı “teatr oynayırlar” ifadəsini işlədib. Bundan sonra aktyor Fırat Tanış həmin ifadəyə etiraz edib.

“Teatr aktyoru Fırat Tanış tənqidində haqlıdır. Bugünkü açıqlamamda İstanbulda xidmətlərin qarşısını almağa çalışanların səhvlərini vurğulayarkən “teatr oynayırlar” deməməli idim. Bu ifadəyə görə incitdiyim bütün sənətçi dostlarımdan üzr istəyirəm”, – İmamoğlu Tvitterdə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*