İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupunun xaricində qoydu”backend

İqor Korotçenko: "Fransa özünü ATƏT-in Minsk qrupunun xaricində qoydu"

“Fransa Senatının hokuməti Azərbaycan ərazisindəki saxta DQR rejiminin “müstəqilliyini” tanımasına çağıran qətnaməsi Parisin Dağlıq Qarabağ nizamlanmasından çəkilməsinə dair bir bəyanatdır”.

KONKRET.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”-a  müsahibəsində deyib. Politoloq deyib ki, “Bu növbəti təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricində qoydu. Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktorunun və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiriylə qəbul edildi. Digər tərəfdən, bu, açıq şəkildə dost olmayan bir ölkəyə – Azərbaycana qarşı təhqirdir”.

İqor Korotçenko daha sonra deyib ki, “Fransa əvvəldən tarazlığı qoruyub saxlamadı və Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik etdi. İndi bu, bir daha təsdiqləndi. Lakin hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir. Siyasi baxımdan isə Fransanın məsələyə təsir cəhdidir. Amma əslində bu qərarla Paris vasitəçilik missiyasını rədd etdi “.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*