İran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıbbackend

İran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıb

İran ilə ABŞ arasında bəzi məsələlərdə irəliləyiş əldə olunsa da, ABŞ-nin ölkənin aktivlərinin sərbəst buraxılması ilə bağlı öhdəliyi, Hörmüz boğazı məsələsi və s. kimi bəzi sahələrdə hələ də ciddi fikir ayrılıqları mövcuddur.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“İranın dondurulmuş aktivlərinin əhəmiyyətli hissəsi elə birinci mərhələdə sərbəst buraxılmalıdır, qalan vəsaitlərin sərbəst buraxılması prosesi isə tamamilə şəffaf və real olmalıdır”, – İranın tələblərindən biri budur.

Qeyd olunub ki, mövcud fikir ayrılıqları həll olunarsa, birinci mərhələdə Anlaşma Memorandumu elan ediləcək: “Daha sonra isə nüvə məsələsi üzrə danışıqlar üçün (İranın əvvəlcədən öhdəlikləri olmadan) 30 və ya 60 günlük müddət müəyyən ediləcək.

İran müharibənin başa çatması və nüvə proqramı məsələlərinin bir-birindən ayrılmasının zəruriliyində israr edir; İranın məqbul hesab etdiyi şərtlərlə müharibənin başa çatması barədə razılaşma əldə olunana qədər nüvə məsələsi müzakirə edilməyəcək. Lakin amerikalılar özlərinin əvvəlki sənədlərində təkid edirdilər ki, İran artıq birinci mərhələdə nüvə məsələsi ilə bağlı güzəştlərə getməlidir. Tələblərdə nüvə obyektlərinin bağlanması və zənginləşdirilmiş materialların amerikalılara təhvil verilməsi məsələsi yer alır, lakin İran hazırkı mərhələdə nüvə proqramının detallarını müzakirə etməkdən imtina edir”

Bununla yanaşı, İranın Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin və təhdidlərin sona çatmasının zəruriliyini vurğuladığı bildirilir. “Bu mövqe Amerika tərəfindən qəbul edilməlidir”, məlumatda qabardılıb.

Əlavə olunub ki, ABŞ silahlı qüvvələri İranın sərhəd zonasından çıxarmalıdır:

“Təzminat və zərərin ödənilməsi məsələsi İranın irəli sürdüyü, lakin amerikalıların bəzi sənədlərində qəbul etməkdən imtina etdiyi daha bir bənddir”.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərə görə, ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*