“İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”, -deyə Ərdoğan vurğulayıb.
Xuraman Etibarlı
KONKRET.az
