İran nüvə obyektlərindəki müşahidə kameralarını bu şərtlə işə salacaqbackend

İran nüvə obyektlərindəki müşahidə kameralarını bu şərtlə işə salacaq

İran razılaşma bərpa olunana qədər nüvə obyektlərində müşahidə kameralarını işə salmayacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami bildirib.

O qeyd edib ki, Tehran İranın atom dosyesi ilə bağlı saziş imzalanana qədər nüvə obyektlərində müşahidə kameralarının işini bərpa etməyəcək.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən 2015-ci ildən sonra İranın nüvə obyektlərində müşahidə kameraları quraşdırılıb. Lakin rəsmi Tehran nüvə sazişi pozulduqdan sonra bu kameraların fəaliyyətini dayandırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*