İran SAKİTLƏŞMİR: SEPAH Nizami Gəncəvi ilə bağlı təxribatçı klip yayımladı – VİDEObackend

İran SAKİTLƏŞMİR: SEPAH Nizami Gəncəvi ilə bağlı təxribatçı klip yayımladı - VİDEO

SEPAH növbəti təxribatçı addım atıb.

KONKRET.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycan dahi şairi Nizami Gəncəvinin dərviş kimi təqdim olunduğu və İran haqqında şeir oxuduğu qondarma videoçarx çəkib.

Klipdə dahi Nizami Gəncəvi qəsdən dərvişə bənzədilib.

Eyni zananda videoda Nizaminin dilindən İran ilə bağlı şeri efirə verərək, guya Nizami Gəncəvinin fars və iran şairi olduğu iddia edilir.

Bütün dünya bilir ki, dahi Nizami Gəncəvi əsərlərini o dövrün ədəbiyyat dili olan fars dilində qələm alsa da, şair Azərbaycanın Gəncə şəhərində doğulub, yaşayıb-yaradıb və Gəncədə də vəfat edib.

İran da bilməlidir ki, dahi Nizami Gəncəvi ilə bağlı bu cür məkrli addımlar atmaqla Nizamini İrana aid olduğuna heç kimi inandıra bilməyəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*