İran təzyiq yolu ilə regionda vəziyyəti dəyişə bilməyəcəyini anladı: Tehran masaya oturur? – AÇIQLAMAbackend

İran təzyiq yolu ilə regionda vəziyyəti dəyişə bilməyəcəyini anladı: Tehran masaya oturur? - AÇIQLAMA

Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirdi ki, Moskva Bakı və Ankaranın irəli sürdüyü “3+3” formatının tezliklə reallaşmasını istəyir. Zaxarovanın bu açıqlaması maraqla qarşılandı və Rusiyanın sərgilədiyi mövqeyi ortaya qoydu.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Zaxarovanın səsləndirdiyi fikirlərin reallaşmasını şərtləndirən bəzi amillər var: “Sərhədlərin delimitasiyası, kommunikasiyanın bərpası (Zəngəzur dəhlizi daxil olmaqla), Bakının şərtləri çərçivəsində sülh sazişinin imzalanması və sairə şərtlər mövcuddur. Moskvanın platformanın reallaşmasını tezləşdirmək istəməsi, İrəvanın bizim şərtlərimizin olduğu masaya əyləşməyə məcbur qalması deməkdir. Hətta əməkdaşlıq platformasının ilkin dövrdə “2+2″ formatında ola biləcəyi də mümkündür: Türkiyə-Rusiya və Azərbaycan-Ermənistan. İran və Gürcüstan sonradan prosesə qoşula bilər”.

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” • JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı əlavə edib ki, İran təzyiq yolu ilə regiondakı vəziyyəti dəyişdirə bilməyəcəyini anladı: “Bu baxımdan Tehranın formata qoşulması ehtimalı güclənir. Gürcüstan da birbaşa olmasa belə, hansısa formada iştirakının zəruri olduğunu başa düşür”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*