backend

İran və Ermənistan öz aralarında dollarsız alış-veriş edəcək

İran və Ermənistan çox güman ki, ticarətdə milli valyutadan istifadəyə keçəcəklər.

Bunu İran-Ermənistan Birgə Ticarət Palatasının sədri Ervik Yaricanyan deyib.

“Biz biznesin iki ölkənin valyutasında aparılması üçün lazımi tədbirlər görürük. Bank qaydaları çərçivəsindən kənara çıxan maliyyə-kredit təşkilatının yaradılması təklifi İrana təqdim edilib”, – deyə o bildirib.

Yaricanyan gələn ay İrandan Ermənistana 100 nəfərlik nümayəndə heyətinin gələcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*