İranda Azərbaycana qarşı ideoloji təbliğat erməni dilində YAYIMLANMAĞA BAŞLADI – FOTOLARbackend

İranda Azərbaycana qarşı ideoloji təbliğat erməni dilində YAYIMLANMAĞA BAŞLADI - FOTOLAR

Maraqlıdır ki, dil-boğaza qoymayaraq bizə “qardaş” deyən İranın fars-molla rejimi Azərbaycana qarşı yenidən fəallaşıb. Artıq bu fəallıq o həddə çatıb ki, ölkəmizə qarşı təbliğat xarakterli bütün aksiya və tədbirlər, ideoloji müharibə erməni dilində teleqram kanalları vasitəsilə də böyük həvəslə paylaşılır.

KONKRET.az-ın Araşdırma Qrupu olaraq aydınlaşdırdıq ki, farslarla məzhəbi, dini, dili ayrı olan ermənilər üçün xüsusi platformalarda ölkəmiz haqqında yalan məlumatlar paylaşılır.

Təsəvvür edin ki, İran ərazisində erməni dilində yaradılan yeni teleqram kanallarında Azərbaycanda dini siyasətə qarşı etiraz aksiyaları barədə geninə-boluna məqalələr yazılır, xəbərlər dərc edilir.

Azərbaycanın Tehrandakı Bakı səfirliyi yaxınlığında və Təbrizdəki konsulluğu qarşısında fars və erməni şovinistləri tərəfindən baş tutan aksiyalar erməni dilində canlı yayılıb. Ermənilər bütün səylərlə fars qardaşları ilə birgə Azərbaycanda “şiələrə qarşı təzyiqlər”ə son qoyulmasını tələb ediblər.

Hətta İranın dini cəmiyyəti “Ziya əl-Salihin” “Hər kəsi dini və Allahı həyasızcasına təhqir edən qəddar Azərbaycan hakimiyyətinin hərəkətlərini” pisləməyə çağıran bəyanatı da erməni dilində səsləndirilib.

Xatırladaq ki, İran rejiminin bir sıra aktivistləri Azərbaycan hakimiyyətini İsraillə dərin əməkdaşlıqda ittiham ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*