İranda prezident postuna namizədlərin adları AÇIQLANDI – ŞOK SİYAHIbackend

İranda prezident postuna namizədlərin adları AÇIQLANDI - ŞOK SİYAHI

İranın xəbər agentlikləri və informasiya portalları iyunun 28-də keçiriləcək prezident seçkilərində mümkün iştirakçıların siyahılarıı hazırlayıb.

KONKRET.az xəbər verir ki, ilkin proqnozlar ölkədə mövcud olan bütün siyasi tendensiyaları nəzərə alaraq tərtib olunub.

Siyahıya aşağıdakı siyasi xadimlər daxildir:

• Eshaq Cahangiri – İranın Birinci vitse-prezidenti;

• Mohammad Reza Aref – Siyasi Məqsəd Şurasının üzvü;

• Məhəmməd Cavad Zərif – keçmiş xarici işlər naziri;

• Məsud Pezeşkian – parlament üzvü;

• Abd-ol Nasser Hemmati – Mərkəzi Bankın sədri;

• Məhəmməd Bağer Noubaxt – Bərabərlik və İnkişaf Partiyasının baş katibi

• Möhsün Mehr-Əlizadə – Beynəlxalq Ənənəvi Güləş Federasiyasının rəhbəri

• Əli Laricani – parlamentin keçmiş rəhbəri;

• Məhəmməd Mokhber – prezident səlahiyyətlərini icra edən;

• Məhəmməd Bağer Qalibaf – parlamentin hazırkı rəhbəri;

• Mahmud Əhmədinejad – keçmiş prezident;

• İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi – Səid Cəlili;

• Qulam-Əli Həddad Adel – Ali Rəhbərin müşaviri;

• Əlireza Zəkani – İran paytaxtının meri.

85 yaşlı Ali Rəhbər Əli Xamneyinin oğlu Müctəba siyahıda yer almayıb. Baxmayaraq ki, “Politico” və “The Guardian” nəşrləri onu prezidentliyə mümkün namizəd adlandırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*