“İranın mənasız şou və tamaşalarına son qoyulmalıdır” – ƏTRAFLIbackend

"İranın mənasız şou və tamaşalarına son qoyulmalıdır" - ƏTRAFLI

Əli Məhərrəmli

İran Xaç Yürüşlərindən indiyədək ümumislam dəyərlərini parçalamağa, müsəlman dövlətləri arasında nifrət və düşmənçilik elementlərini dəstəkləməyə davam edir. Bu ölkənin bir dənə İslam ölkəsi ilə normal münasibətləri yoxdur. İran dünyaya əsas 2 şey ixrac edir. Tiryək və radikal islamizm. Hansı ki, İranın xarici siyasət kursu da bu tiryəkçilik məfkurəsindən çox uzağa getmir. Əcdadları xaşxaşilərdən fərqli olaraq deyəsən istifadə etdikləri sintetik narkotiklər onları göyün 77-ci qatına kimi çox yüksəklərə qaldırıb və oradan kəllə-mayallaq gələcəkləri gün çox da uzaqda deyil!

Müstəqilliyimizin ilk illərindən İran ölkəmizdə dini radikalizmin eybəcər toxumlarını əkdib. Biz Nardaran hadisələrini unutmamışıq. O da vaxtilə İrandan törəyən bədxassəli şiş idi ki, Azərbaycan dövləti çox çalışdı mülaicə eləsin, axırda “kəsib-atmalı” oldu. Ümumiyyətlə, ölkəmizdə İrana bağlı olan “inanc” mərkəzləri, “təhsil”, “səhiyyə” adı altında şarlatanlıq edən bütün şər yuvaları həmişəlik qapadılmalıdır.

Münasibətin hansı səviyyədə olmasından asılı olmayaraq, birdəfəlik! Fətvası İranda verilən bütün siyasiləşmiş dini ritual və adətlər ləğv edilməli, Məhərrəmlik ayı, Aşura günü keçirilən ağrı, əzab və şiddət içərən, İran tərəfindən əsrlərdir ssenariləşdirilmiş mənasız şou və tamaşalara son qoyulmalıdır. Biz bunu edə bilsək həmin müsbət dəyişikliklər gec-tez Cənubda da sürətlənəcək və İranın uzun illərdir formalaşdırdığı o axmaq siyasi-dini ideologiya öz içindən dağılmağa məhkum olacaq. Bir çoxunun İran aftafaları adlandırdığı “5-ci kolon”a gəlincə. Onların çoxu təhsilsiz, dini və siyasi baxışları dar, cəhalətdən İranın ideoloji-dini təsirinə məruz qalan “kamikadzelər”dir. ki, əksəriyyəti İslam dinini yas mərasimlərində İranın ixrac etdiyi mollaların ağzından eşitdiyi cəfəngiyyat qədər bilirlər. Amma şərə və şeytana maşa olduqlarının fərqində deyillər. O, şəxslər hamısı nəzarətə götürülməli, davranışları izlənməli, ölkəmiz və cəmiyyətimiz üçün təhlükəli olanları barəsində sərt tədbirlər görülməli, İranın bu coğrafiyada saqqalı qırxılıb, əkdiyi toxumlar kökü qurudulmalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*