Zəngəzurda erməni-iran kulinariya festivalı keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Layihənin təşkilatçılarından biri Sedrak Mamulyan “SputnikArmenia”-ya danışıb. Tədbir iyunun 19-da “Zvartnots” məbədinin ərazisində olacaq.
Festivalın ideyası Ermənistana məxsusdur.
İştirakçılar “ənənəvi erməni yeməkləri”nin dadına baxacaqlar. 150 metr uzunluğunda dolma bişiriləcək, lavaş, paxlava və digər “milli” təamlar təqdim olunacaq.
Festival erməni-iran “dostluğu və qardaşlığı”nı bir daha nümayiş etdirəcək.
Xuraman Etibarlı,
KONKRET.az