İraqın Süleymaniyyə şəhərindəki İraq Kürd Regional Rəhbərliyinin Kormor qaz yatağına raket hücumu həyata keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə İraq mətbuatı yerli təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, qaz yatağına 5 “Katyuşa” raketi düşüb. Hücum zamanı insan tələfatı qeydə alınmayıb.
Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.
Qeyd edək ki, sözügedən qaz yatağı keçən iyun ayında üç dəfə oxşar hücumlara məruz qalıb.
İqbal Rzayev,
KONKRET.az
