İrəvanda atışma – Yaralılar varbackend

İrəvanda atışma – Yaralılar var

İrəvanda yenə güllə səsləri eşidilib.

KONKRET.az shamshyan.coma istinadən xəbər verir ki, paytaxtın Fuçik Prospektində baş vermis atışmada bir neçə nəfərin yaralandığı məlum olub. Zərərçəkənlərin köməyinə ilk olaraq həkimlər, patrul əməkdaşları və hadisənin şahidləri gəliblər.

Polis hadisə yerində müxtəlif növ odlu silahlardan atılmış çoxlu sayda patron, partlayan qumbaranın hissələri, qan izləri aşkar edilib. Müəyyən edilib ki, zədələnmiş avtomobillər sırasında millət vəkilinin avtomobili də var.

İnsidentdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb. Hadisənin baş vermə şəraiti və zərərçəkənlərin kimliyi açıqlanmır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*