Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz edən iki nəfər özlərini İrəvandakı hökumət binasının qapılarına qandallayıblar.
KONKRET.az news.am-a istinadən xəbər verir ki, etirazçılardan biri “Azataqrum” (“Azadlıq”) hərəkatını təmsil etdiyini və bu hərəkatın Nikol Paşinyana qarşı çıxdığını deyib.
“Onun dərhal istefasını tələb edirik, onun hökumət binasına girməsini istəmirik”, – etirazçı deyib.
Polis etirazçıları saxlayıb.
Bu gün nazirlər kabinetinin binasında hökumət iclası keçiriləcək. Binanın qarşısına polis qüvvələri göndərilib.
