İsmayıllıda ağır yol qəzası oldu, xəsarət alanlar varbackend

İsmayıllıda ağır yol qəzası oldu, xəsarət alanlar var

İsmayıllı rayonunda baş verən ağır yol qəzasında yeddi nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm yolunun Aşıq Bayram gölünün yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Range Rover” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində maşınlarda olan yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*