İsrail Suriya və Livanda əməliyyatlar APARACAQ – DAVUD DƏHLİZİ gündəmdədir!backend

İsrail Suriya və Livanda əməliyyatlar APARACAQ - DAVUD DƏHLİZİ gündəmdədir!

“ABŞ Suriya və İraqdakı bazalarının bombalanmasına görə İranı ittiham edir. Amma bu hücumların əslində İran tərəfindən təşviq edilib-edilməməsi şübhəlidir!”.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış türkiyəli yazar Erkan Trükten bildirib.

Türk ekpsetin fikrincə, “Bu cür hücumların olması və ya bu hücumları İranın üzərinə atmaq və bu hücumları İŞİD-ə bağlamaq ABŞ üçün yaxşı arqumentdir. ABŞ, İngiltərə və İsrail HƏMAS və Hizbullahı İŞİD elan etdikdən sonra onlar Davud dəhlizini açmaq üçün başqa bir İŞİD bəhanəsi tapdılar.

“Amerikanın regionda özünə yol açmaq üçün bəhanəyə ehtiyacı yoxdur” deyənlər xarici siyasətdən xəbərsizdir. 11 sentyabr 2001-ci il hücumu Əfqanıstan və İraqı viran etmək üçün bəhanə oldu.

İsrail və ABŞ İŞİD-i birlikdə yaradıblar, onlar da bunu etiraf ediblər. Donald Tramp hətta Obamanın İŞİD-i qurduğunu deyib.

Biz indi bilirik ki, İsrail HƏMAS-ın yaranması zamanı ona dəstək verib. Məsut Yılmaz hələ baş nazir olarkən Netanyahu Məsut Yılmaza Fələstinə ianələrin HƏMAS vasitəsilə edilməsi lazım olduğunu çatdırıb.

İndi Amerika, İngiltərə və İsrail Həmas və Hizbullahı İŞİD kimi qələmə verir.

Xatırlayırsınızsa, HƏMAS hücumu olanda HƏMAS-ı İŞİD elan edəcəklərini demişdik. Bizim bu açıqlamamıza biganə qalmayın. Çünki biz bunu deyəndə hələ nə İsrail, nə də Amerika “Həmas İŞİD-dir” deməmişdi.

Əgər Həmas və Hizbullah da İŞİD kimi terror təşkilatı kimi qəbul edilsə, Qərb koalisiyası İsrailin Suriya və Livandakı əməliyyatlarını qanuniləşdirəcək.

Daha sonra İrana qarşı daha ağır sanksiyalar qanuniləşəcək. ABŞ-ın Suriyadakı bazalarına hücumların artması Birləşmiş Ştatların ekspansionist siyasətinə xidmət edəcək. Vaşinqton İsrailin təhlükəsizliyi üçün Suriyanın cənubunda daha böyük bir əraziyə nəzarət etmək istəyir. İsrail isə öz təhlükəsizliyi üçün Livan və Suriyanın cənubuna nəzarət etmək istəyir. Bu, eyni zamanda, enerji dəhlizinin açılmasına və bu enerji dəhlizinin İraqdan başlayaraq İsrailə qədər uzanmasına gətirib çıxaracaq. Beləliklə, neftin nəqli Aralıq dənizinə çatacaq, ancaq İsrail vasitəsilə”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*