Doqquz il Yəhudi Agentliyinə rəhbərlik edən Natan Şaranski əmindir ki, Rusiyanın “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatı ilə problemi yoxdur.
KONKRET.az xəbər verir ki, o, bu barədə İsrailin yerli telekanallarından birinə verdiyi müsahibəsində deyib:
“Rusların Ukraynaya hücumu barədə kəkələyənlər ağaya yox deməyin qadağan edildiyi saray yəhudilərinə bənzəyirlər. İsrail vassal dövlət deyil, xüsusən də Rusiyanın”, – deyə Şaranski bildirib.
O Rusiya Prezidenti Vladimir Putinin “Soxnut”a qarşı heç bir iddia irəli sürmədiyini xatırladıb. Hərçənd Putin istəsəydi səkkiz il əvvəl qəbul edilən qanuna əsasən Təşkilatı “xarici qurum” kimi tanıya və Rusiya ərazisində fəaliyyətini məhdudlaşdıra bilərdi. Lakin bu, nəinki baş vermədi, əksinə, Moskvada Yəhudi Agentliyinin fəaliyyətinə hər cür imkan verildi.
Natan Şaranski əlavə edib ki, Rusiya beynəlxalq sanksiyaları yumşaltmaq üçün hamıya təzyiq göstərməyə çalışır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
