İstanbula giriş dayandırıldıbackend

İstanbula giriş dayandırıldı

Güclü qar səbəbiylə bir sıra avromağistralllar vasitəsilə İstanbula giriş dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Yolları İdarəsi məlumat verib.

Məlumata görə, Anadolu və Trakyadan İstanbula giriş qadağan edilib.

Vəziyyətlə əlaqədar bütün nəqliyyat vasitələrinin Anadoludan İstanbula gələrkən Bursa, Yalova, İzmit, Kocaeli, Sakarya və Düzcedə müvafiq yerlərdə saxlanılacağı bildirlib.

Həmçinin, vətəndaşlara məcburi hallar istisna olmaqla, İstanbul istiqamətində yola çıxmamaları barədə xəbərdarlıq edilir./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*