İzmirdə zəlzələdən 91 saat sonra 4 yaşlı Ayla dağıntılar altından sağ çıxarıldı – FOTO/VİDEObackend

İzmirdə zəlzələdən 91 saat sonra 4 yaşlı Ayla dağıntılar altından sağ çıxarıldı - FOTO/VİDEO

Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş verən zəlzələnin dağıntıları altından bir azyaşlı da sağ-salamat çıxarılıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən 91 saat sonra azyaşlının sağ olduğu müəyyən edilib.

Xilasedicilər onu dağıntıların altından çıxara biliblər.

Onlar ətrafdakı insanların alqış sədaları ilə balaca Ayla Gezgini tibbi yardım maşınına qoyaraq xəstəxanaya yola salıblar.

Aylanı dağıntılar altından sağ çıxaran xilasedici həmin anları paylaşıb.

O, Aylanın yaxşı olduğunu deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*