Kadırov 20 yaşlı qızına VƏZİFƏ VERDİ – FOTObackend

Kadırov 20 yaşlı qızına VƏZİFƏ VERDİ - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı qızı Xutmat Kadırovaya vəzifə verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə regional hökumətin sədr müavini Adam Alxanov öz teleqram kanalında yazıb.

Məlumat görə, Xutmat Kadırova əvvəllər respublika başçısı katibliyinin rəis müavini vəzifəsində çalışıb.

“Xutmat Ramzanovna indi respublikanın səhiyyə sisteminə nəzarət edəcək. Biz onun nəzarəti altında olan reabilitasiya xidmətinin keyfiyyətcə yeni səviyyəyə çatdığını görürük, indi Xutmat Kadırovanın biliyi və təcrübəsi bütün tibb sənayesinin inkişafına töhfə verəcəkdir”, – deyə Alxanov yazıb.

Qeyd edək ki, Ramzan Kadırovun qızlarının respublikada yüksək dövlət vəzifələrində çalışması ilk dəfə deyil. Onun böyük qızı Ayşat Kadırova respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edir. Digər qızı Xədicət Kadırova Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiridir.

Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Axmat Kadırov “Birincilər Hərəkatı” uşaq və gənclər təşkilatının regional bölməsinin sədridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*