Kadırov Kremlə müəmmalı “şparqalka” ilə GƏLDİ – FOTObackend

Kadırov Kremlə müəmmalı "şparqalka" ilə GƏLDİ - FOTO

Kadırov xəstəliyi ilə bağlı şayiələr fonunda Kremlə qəribə “şparqalka” ilə gəlib.

KONKRET.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov prezident Vladimir Putinin yanına “şparqalka” ilə daxil olub. Görüş Kadırovun xəstəliyi ilə bağlı şayiələr fonunda baş tutub. Onun əlindəki qəribə vərəq xüsusi diqqət cəlb edib.

İclasın əvvəlində Kadırov qara qovluqdan bir neçə vərəq çıxarıb və titrəyən əlləri ilə Putinlə respublikanın “uğurları” haqda danışmağa başlayıb. Sonradan məlum oldu ki, bunlar çeçenlərin başçısının “qeyd”ləridir.

Köməkçiləri ona böyük şriftlərlə Putinlə görüş üçün mətn yazıblar. Diqqətlə baxanda vərəqin “Hörmətli Vladimir Vladimiroviç” sözləri ilə başladığı görünür. Kadırovun kadrları onun savadlı danışa biləcəyinə əmin olmadığqları üçün bu yola əl atıblar.

Lakin Kadırov kağızdakı böyük şriftli mətni çətin oxuya bilib.

Bundan əlavə, Çeçenistan başçısının barmağında qanda oksigenin səviyyəsini izləmək üçün nəbz oksimetrinə bənzər bir cihaz da olub.

KİV-in məlumatına görə, Çeçenistanın qalmaqallı lideri Ramzan Kadırovun səhhətində ciddi problemlər var. Onun son bir neçə aydakı görünüşü bunu təsdiqləyir.

Son zamanlar o, şişmiş üz və bədəni ilə ictimaiyyət qarşısına çıxır, gözlərini açmaq belə onun üçün çətindir.

Çox güman ki, Kadırovun böyrəklərində problem var. Bunu mühacirətdə yaşayan Çeçenistan baş nazirinin keçmiş müavini Əhməd Zakayev də iddia edir.

Deyirlər, o, Moskvadakı həkimlərə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana loğman gətirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*