backend

Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara MSK-dan CAVAB

Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

KONKRET.AZ xəbər verir ki, komissiyanın mətbuat katibi Şahin Əsədli bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir”.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*