backend

Kamil Zeynallının həbsinin təfərrüatı bilindi - YENİLƏNİB

Kamil Zeynallının həbsinin səbəbi bilindi.

KONKRET.az xəbər verir ki, bunu fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.

=======================================================================================================

Tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

KONKRET.az xəbər verir ki, o xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.
Kamil Zeynallının köməkçisi KONKRET.az-ın əməkdaşına faktı təsdiqləyib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*