Karantindən bezdi, evinin altında 120 illik tunel tapdı – FOTOLARbackend

Karantindən bezdi, evinin altında 120 illik tunel tapdı - FOTOLAR

İngiltərədəki yeni evində təmir aparan Ceyk Braun adlı şəxs divarların birinin arxasında böyük bir tunelin olduğunu aşkarlayıb.

“TRT Haber”in xəbərinə görə, Plimut şəhərində yaşayan və koronavirusun yayılması səbəbindən vaxtını evdə keçirən Ceyk Braun mənzilində bəzi dəyişikliklər etmək qərarına gəlib.

Təmirə başlayan Braun divarlardan birinin səthinin fərqli olduğunu müəyyən edib. Daha sonra isə o, divarda deşik açaraq arxasında geniş bir tunel olduğunu aşkarlayıb.

Tuneldə 1900-cü illərdən qalma boya qutuları, 1964-cü il tarixli bir qəzet aşkarlayan Braun tarixçi dostu Riçard Fişerlə əlaqə saxlayaraq baş verənləri ona danışıb.

Riçard bölgənin əvvələr “Uindric Təpəsi” olaraq tanındığını və evlərin anbar tipli zirzəmilərlə birlikdə tikildiyini bildirib. O qeyd edib ki, belə yerlər sonradan şərab zirzəmiləri və hətta mağara tipli hamam otaqları kimi istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*