Bakıda, “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Kardeşlər” restoranında siçovullar aşkarlanıb.
KONKRET.az-ın xəbərinə görə, görüntüləri jurnalist Anar Niftəliyev yayıb.
“Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”, – deyə o qeyd edib.
Restoranla əlaqə saxlanılsa da, zənglərə cavab verən olmayıb.
