Milli Məclisin sabiq deputatı Əsabil Qasımova məxsus olduğu bildirən “Karmen” MMC barəsində tərtib olunan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, baxış iclası Yasamal Rayom Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə noyabrın 29-da keçiriləcək.
Qeyd: Gömrük Komitəsi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən MMC-yə protokol yazıb. Noyabrın 15-də şirkətdən Pravda.az-a bildirilmişdi ki, məlumat həqiqətəuyğun deyil.