Qazaxıstanın “Kayrat” komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.
KONKRET.az Sports.ru-ya istinadən məlumatına görə, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. “FlyJet” aviaşirkətinə məxsus təyyarə “Renault” avtomobili ilə toqquşub.
Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, oktyabrın 21-də “Kayrat” Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında “Qarabağ”ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
***
09:54
Qazaxıstanda Almatı Hava Limanında təyyarə avtomobillə toqquşub.
KONKRET.az “Informburo”ya istinadən xəbər verir ki, “FlyJet.kz” şirkətinə məxsus təyyarə Bakıdan Almatı şəhərinə reys həyata keçirib.
İnsidentlə bağlı digər detallar açıqlanmayıb. Xəsarət alanların olub-olmaması da hələ məlum deyil.
