“Keçi can hayında, qəssab piy axtarır” – Trampdan sonra Avropa Zelenskiyə necə zərbə vurdu? – İNANILMAZ FAKTLARbackend

"Keçi can hayında, qəssab piy axtarır" - Trampdan sonra Avropa Zelenskiyə necə zərbə vurdu? - İNANILMAZ FAKTLAR

Ukrayna ətrafında yaranan situasiya Kiyevi çətin duruma salıb. Bayden administrasiyası dövründə Ukraynaya hərbi-siyasi dəstək göstərən ABŞ Tramp hakimiyyəti ilə fərqli siyasət yürüdür. Ukraynadan əlini çəkən Amerika, indi Kiyevdən 3 il ərzində xərclədiyi pulları tələb edir. Avropa isə Trampın bu siyasətinə qarşı çıxsa da, hələlik Ukraynadakı vəziyyət onları qane etmir. Üstəlik, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə fevralın 24-də Kiyevdə keçirilən danışıqlardan sonra bəlli olub ki, Avropanın ehtiyac duyduğu 30 mineraldan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən təmin edilə bilər. Deməli, Avropanın da Ukraynadan gözləntiləri var. Ukrayna isə bir tərəfdən ABŞ, digər tərəfdən isə Avropanın göz dikdiyi təbii sərvətlərini heç kimə vermək istəmir.

KONKRET.az-ın suallarını cavablandıram siyasi şərhçi Qabil Hüseynli bu işin başında Trampın dayandığını bildirib:

Özbəkistan ərazisinə atılmış raketlərdə Rusiyanın barmağı var" - Qabil  Hüseynli

-Qabil müəllim, məhşur bir el məsəlində deyildiyi kimi, “keçi can hayında qəssab piy axtarır”. İndi Ukrayna qanlı savaşda mübarizə aparan zaman Avropa və Amerika onun sərvətlərini hərraca çıxarır. Nə baş verir?

– Avropanı deyə bilmərəm, ancaq ABŞ Ukraynaya qarşı daha aqressiv yanaşır.

– Amma Avropa da Ukrayna ərazisindəki minerallara göz dikib.

– Bu barədə dəqiq informasiyam yoxdur. Amma Trampın nə istədiyini dəqiq bilirəm. Bunu ilk qabardan Tramp oldu. Gör necə prezidentdir ki, Amerikanın Ukraynaya nə qədər pul və ya məhsul veridiyini hesablayaraq deyir ki, Kiyev 500 milyard dollar borcludur. Sonra onun qulağına pıçıldayırlar ki, a kişi, bu qədər olmaz, bir qədər aşağı düş. O da bir balaca insafa gələrək deyir ki, ümumi borc 300 milyard dollardır. Yenə ətrafındakılar bunun dediklərinə düzəliş eləmək istəyirlər. Məlum olur ki, indiyədək ABŞ Ukraynaya 100 milyard dollarlıq mal və hərbi sursat, texnika göndərib. Eyni zamanda Kiyevə qrant şəkilində pul da verilib.

-Qrant şəkilində verilən pullar geri qaytarılır?

-Trampın da ətrafı onun qulağına deyib ki, özünü biabır eləmə, biz o pulu geri istəyə bilmərik. Amma Tramp dediyindən dönmür axı. Deyir Bayden Amerikanın pullarını Ukraynaya nahaq verib. İzahat verir ki, qrantla maliyyə yardımı arasında heç bir fərq yoxdur və ABŞ-ın pulları geri qayıtmalıdır.

-Bəs Zelenskinin mövqeyi necədir?

-Necə olacaq? Hələ iş lazımı mərhələyə çatmamış yazığın boğazına çöküb ki, pulu qaytar. Zelenskinin pulu var? Ölkə pis vəziyyətdə, iqtisadiyyat çöküb. Tramp da bunu bilir və ona görə də Amerikanın pullarını Ukraynanın təbii sərvətləri hesabına kompensasiya etmək istəyir.

– Bir zaman dedilər ki, Ukraynaya göndərilən silahların pulları Rusiyanın Qərb banklarındakı saxlanılan vəsaitlərinin hesabına ödəniləcək. Bəs nə baş verdi?

-Aləmi qatıb-qarışdırıblar. Tramp gələndən sonra xaos daha da güclənib. Dünya maliyyə bazarındakı münasibətləri heç cür tənzimləyə bilmir. Tənzimləmək üçün cəhdlər yoxdur.

-Tramp Ukrayna sərvətlərinə çox iddialıdır. Sizcə məqsədinə çata biləcək?

– İndi Tramp mən-mən deyir. Bildirir ki, Ukraynanın təbii ehtiyatlarını, faydalı qazıntı yataqlarını mən götürəcəm. Özü də demirAmerika götürəcək. Deyir mən götürəcəm. Bunun nə qədər var-dövləti var hələ də gözü doymur. Əsas gəlirini Rusiya neftinin satılması hesabına əldə edib.

-Trampı bildik, o, Baydenin Ukraynaya verdiyi pulları geri istəyir. Avropa isə Ukraynanın təbii sərvətlərinə göz dikib. Yaxşı, bunların nə fərqi oldu?

-Avropanın belə bir iddiasından doğurdan da xəbərsizəm. Amma onlar çox güman ki, Trampa mesaj göndəriblər ki, otur yerində, Ukraynadan sənə bir daş parçası da vermərik. Əgər Ukrayna həmin daş parçasını verəcəksə, biz varıq. Mən inanmıram ki, Avropa məsələni bu şəkildə qoysun. Özünüz fikirləşin, “ölmüş canın nəyi var ki, kimə də nəsə versin”.

-Söhbət milyardlarla dollarlıq minerallardan gedir.

-Mən inanmıram ki, Trampdan sonra Avropa da Ukraynanı çətin duruma salsın. Məsələn, Avropada Orban, sonra Slovakiyanın baş naziri Fitso belə fikir səsləndirə bilər. Onlar Ukraynanın əleyhinə siyasət aparırlar. Amma Aİ-nin belə mövqe tutmasına inanmıram.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*