“Keşlə” və “Qarabağ” qələbə qazandıbackend

"Keşlə" və "Qarabağ" qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

KONKRET.az-ın məlumatına görə, turun ilk günündə iki oyun keçirilib.

Hər iki matçda qonaqlar qələbə qazanıb. Turun ilk qarşılaşmasında çempionatın iddiasızları “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Şamaxıya köçməzdən öncə indiki adla son matçına çıxan qonaqlar üç cavabsız qol vuraraq autsayder üzərində böyükhesablı qələbə qazanıb.

Çempionatın lideri “Qarabağ” “Sabah”ı sınağa çəkib. Səfərdə oynayan Qurban Qurbanovun yetirmələri növbəti qələbə ilə mövqeyini daha da möhkəmlədib. Qələbə qoluna Abdullah Zubir imza atıb.

Qeyd edək ki, tura sabah baş tutacaq “Neftçi” – “Sumqayıt” və “Qəbələ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*