“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək” – Politicobackend

“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək” - Politico

Şimali Koreyanın (KXDR) nüvə raketləri ölkə lideri Kim Çen Inın öldürülməsi halında avtomatik olaraq buraxılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Bildirilib, bu məqam KXDR-in nüvə siyasəti ilə bağlı yeni fərmanında əksini tapıb.

Sənədə əsasən, hücum nəticəsində dövlətin nüvə komandanlığı və idarəetmə sisteminə təhlükə yaranarsa, düşmən  qüvvələrini, o cümlədən təxribatın başlanğıc nöqtəsini məhv etmək üçün avtomatik və dərhal nüvə zərbəsi endiriləcək.

Şimali Koreya sentyabrın 9-da özünü rəsmi olaraq nüvə dövləti elan edib. Kim Çen Inın sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından əl çəkməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*