Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? – SİYAHIbackend

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq. Sentyabrın 25-nə kimi isə ali məktəbə qəbul olunanların adları açıqlanacaq. Şübhəsiz ki, bu il də dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunacaq bəzi tələbələr təhsil haqqından azad olunacaqlar. Bəs onlar kimlərdi?

KONKRET.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov təhsil haqqını ödəməkdən azad olunan şəxslərin siyahısını dərc edib.

Siyahını diqqətinizə çatdırırıq:

1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli) Şəhid ailəsi statusunu almış ailənin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatda – Azərbaycan Milli Elmlər Akademiyasında ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunurlar.

2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın – Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın – Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

3. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasəviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

4. “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

5. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarı Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

1. ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlil olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanlar.

  • Kamala
    Sentyabr 20, 2020 - 14:43

    Salam.Valideynlərdən birini itirmiş, tək valideyni olduqda təhsil haqqı dövlət büdcəsindən ödənilir?

  • Gülsüm
    Dekabr 12, 2020 - 00:27

    Salam. İşsiz kimi qeydiyata alınmış valideyinlər hansı sənədləri və hara təüdim etməlidirlər ödəniçdən azad olunmaq üçün?

  • Gulabatin
    Oktyabr 27, 2021 - 23:46

    Menim qizim pulluda oxuyur sosial ailə baximdan issiz kimi qeydiyatdayam amma tehsil haqqi odenilmir

  • Samire
    Dekabr 27, 2021 - 20:45

    Salam menim qızım.Odlar yurdu universtetinde təhsil.alir.İlikk odenisi 2200 dur.Atasi rəhmətə gedib.Odenisini edə bilmirəm xahiş edirəm komeylim efin

  • Pərvanə
    Yanvar 2, 2022 - 01:22

    Salqm muharibe veterani olaraq tehsil alsam odenis odemeliyem?

  • Aysel
    İyun 20, 2022 - 10:50

    Aile bawcisinin biri rehmete gedərsə universitet ödənişi dövlət hesabına ödənilir?

  • Camaləddin
    İyun 20, 2022 - 12:51

    Qazi övladı təhsil haqqı ödəməlidir?

  • İsgəndər
    Avqust 9, 2023 - 13:30

    Salam. Mən hərbi xidmət dövründə 2-ci qrup əliləm. Övladım təhsil haqqından azad ola bilərmi?

  • Ceyhun
    Oktyabr 15, 2023 - 10:15

    Salam qazi veteran ve hal hazirda qulluqda olanlara odeniw etmemek ucun universiteta hansi senedler teqdim olunmalidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*