KİV: Baydenin müşavirinin Lukaşenkoya qarşı sui-qəsddə əli olması aşkarlanıbbackend

KİV: Baydenin müşavirinin Lukaşenkoya qarşı sui-qəsddə əli olması aşkarlanıb

Belarusun ONT dövlət telekanalı bildirib ki, ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenterin Belarusda dövlət çevrilişində və respublikanın prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında əli var.

KONKRET.az xəbər verir ki, telekanal bunların hamısının həqiqətən tam ciddi olduğunu və Birləşmiş Ştatların iştirakı olmadan başa gəlmədiyini bildirib.

“Dövlət Departamenti təmkinlə də olsa reaksiya verdi: “Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etməsi barədə hər hansı bir ehtimal tamamilə yalnışdır”. O zaman sizə rəsmi Vaşinqtonun həqiqəti harada axtarmalı olduğunu söyləyəcəyik – Vaşinqtonun özündə Baydenin müşaviri Maykl Karpenter istəsə, sizə söyləyəcək”, – ONT-nin süjetində deyilir.

Bundan başqa, telekanal söz verib ki, gələn həftə daha çox təfərrüatı açıqlayacaq.

ONT həmçinin Lukaşenkoya qarşı sui-qəsdin iştirakçıların etiraflarını da nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*