Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin rəhbərliyinə hərbçilərin həlak olması hallarında hökumətin ittiham edilməsinin qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, orduda baş verən hərbçi ölümləri Paşinyanın ciddi narazılığına səbəb olub. O, Müdafiə Nazirliyinin rəhbərliyinə cəmiyyətdə bu hadisələrə görə hakimiyyətin məsuliyyət daşıdığı təəssüratının yaranmaması üçün müvafiq addımlar atmağı tapşırıb.
Ağagül Mürsəlov,
KONKRET.az
