backend

Koçaryan Baş Nazirin səlahiyyətlərinin məhdudlaşdırılmasını İSTƏYİR

“Parlament respublikası modeli Ermənistan üçün uğursuzdur və ölkə Baş Nazirin səlahiyyətlərini məhdudlaşdıraraq güc sistemində islahatlar aparmalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiyanın RBC telekanalına müsahibəsində deyib.

“Heç bir Ermənistan prezidenti Ermənistanın baş naziri qədər səlahiyyətə malik olmayıb. Bu, sadəcə yolverilməzdir”, – deyə o bildirib.

Onun fikrincə, Ermənistanın parlamentli respublikaya keçməsi ölkə üçün səhv addım olub:

“Parlamentli respublika haqqında danışmaq sadəcə tələskənlikdir. Hesab edirəm ki, heç olmasa bir addım geri çəkilmək lazımdır”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına 2015-ci ildə dəyişiklik edilib. Nikol Paşinyan 2018-ci ildən baş nazir postunu tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*