Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər – İqtisadçıbackend

Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı

Məcburi köçkünlərin erməni işğalından azad edilmiş ərazilərimizə böyük qayıdışının artan, stabil və azalan olmaqla 3 mərhələni əhatə edəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Torpaqlarımız işğal olunan ilk vaxtlardan başlayaraq ölkənin hər yerində məcburi köçkünlərə geniş qucaq açıldığını deyən iqtisadçı bildirib ki, onlar üçün yeni yaşayış məskənləri salındı, təsərrüfatlar yaradıldı. Hətta bəzi məcburi köçkünlər əvvəlkindən də üstün həyat səviyyəsinə sahib oldular. Bəzi ərazilərdə məxsusi onlar üçün iş yerləri yaradıldı, təhsil haqlarından azad edildi, aylıq müavinətlər və s. güzəştlər əldə etdilər:

“Bu gün artıq məlum qələbədən sonra onların böyük əksəriyyəti məcburi köşkün statusundan və bu güzəştlərdən imtina edib, doğma torpaqlara qayıtmağı səbirsizliklə gözləyirlər. Amma qeyd etmək istərdim ki, böyük qayıdış bir-iki ilin işi deyil. Onun işartıları bu ildən başlasa da, hələ uzun illər davam edəcək”.

İqtisadçı hesab edir ki, ilk bir-dördüncü illərdə bu qayıdışın həcmi tədricən artacaq. Beş-yeddinci illərdə məcburi köçkünlərin stabil təkrarlanan qayıdış həcmi olacaq. Yeddinci ildən sonra isə qayıdış həcmi azalan xəttə keçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*