“Kommunikasiyaların açılması üçün uzun və əziyyətli bir iş lazımdır” – Silayevdən Qafqazla bağlı bədbin PROQNOZbackend

“Kommunikasiyaların açılması üçün uzun və əziyyətli bir iş lazımdır” – Silayevdən Qafqazla bağlı bədbin PROQNOZ

“Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması tərəflərdən birinin maraqlarını pozmamalıdır. Bu, kompromisli həllər çərçivəsində həyata keçirilməlidir”.

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Nikolay Silayev səsləndirib: “Azərbaycan və Türkiyə mövzunu fəal şəkildə müzakirə edir. Azərbaycanın Naxçıvanla əlaqəsi üçün “Zəngəzur dəhlizi” vacibdir. Bakı-Ankara tandemi bunu bir növ suveren dəhliz kimi təqdim edir. Ermənistanda isə bu seçim rədd olunur” – deyə Silayev vurğulayıb.

Железная дорога - Sputnik Армения, 1920, 06.10.2021

Rusiyalı ekspertin sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 Noyabr 2020 -ci il tarixli üçtərəfli bəyanatında kommunikasiyaların açılması ilə bağlı bir çərçivə var: “9-cu bənddə qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalıdır. Ermənistan öz növbəsində vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir. Qalan digər məsələlər isə Ermənistanla Azərbaycan arasında danışıqlar mövzusudur. Rusiyanın mövqeyinə gəlincə, Moskva konkret formalar tətbiq etməyəcək” – politoloq bildirib.

Железная дорога - Sputnik Армения, 1920, 01.10.2021

Silayevin fikrincə Kalininqrad modeli bölgədəki kommunikasiyaların açılması üçün bir nümunə ola bilər: “ Bu Rus eksklavı (ölkənin əsas ərazisindən ayrılmış, digər dövlətlərin əhatəsindəki suveren olmayan bölgə) Nato və Avropa Birliyi ölkələrinin ərazisindən keçir. Əlbəttə ki, Ermənistan-Azərbaycan münasibətlərini Rusiya ilə NATO, Rusiya və Avropa Birliyi arasındakı əlaqələrlə müqayisə etməyə ehtiyac yoxdur. Ancaq hər bir halda müəyyən bir antaqonizm ( düşmən qüvvələrin barışmaz mübarizəsini xarakterizə edən ziddiyyət formalarından biri) mövcuddur. Məsələ burasındadır ki, iki dövlət arasında quru əlaqəsi kompromis halında real ola bilər. Amma bu kompromisin qısa müddətdə əldə edilə biləcəyini düşünmürəm. Kommunikasiyaların açılması üçün uzun və əziyyətli bir iş lazımdır.  Üstəlik Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, atəşkəs rejiminin vaxtaşırı pozulmasını nəzərə alsaq, bu mövzuda nikbin ola bilmərik” –deyə politoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*