“Kontakt Home”dan biabırçı bayram kampaniyası: Deputatın şirkəti işçilərini belə ələ saldıbackend

"Kontakt Home"dan biabırçı bayram kampaniyası: Deputatın şirkəti işçilərini belə ələ saldı

“Kontakt Home” biabırçı bayram kampaniyası ilə gündəmə gəlib. Belə ki, deputata məxsus olduğu deyilən şirkət sözün əsl mənasında işçilərini ələ salıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Paşayeva öz Facebook səhifəsində məlumat paylaşıb:

“Deyirlər, Kontakt Home bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli “Sevindirən kart” paylayıb, pulu da köçürüb içinə. Personal da ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin “green card”la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi… İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə “Kontakt”dan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər; yumşaq desək, şirkətin marketinq zibilinə…”, – jurnalist vurğulayıb.

Qeyd edək ki, “Kontakt Home”un deputat Elnur Allahverdiyevə məxsus olduğu iddia olunsa də, millət vəkili bunu inkar edir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Zamina Elturan
    Yanvar 5, 2023 - 16:53

    Bütün biabırçılıqlar by ölkəyə qalıb elə bil niyə?Cavabı çox sadə.Düşünün və tapın.

    • Əbilov Əflatun Masallı
      Yanvar 7, 2023 - 08:12

      Mən ölkəmizdə Kontakt Home kimi ikinci yaxşı mağaza tanımıram. Bütün mağazalar soyğunçuluqla məşğuldurlar. KH isə müştərilərin qeydinə qalır. Dəfələrlə alver etmişəm. Hər şey əladır.

  • Elton
    Yanvar 6, 2023 - 00:04

    Çox mənasız qaralamadır. Səviyyəsiz jurnalistlərin , səviyyəsiz qaralama kampaniyası.

  • Tural
    Yanvar 6, 2023 - 06:06

    Kontakt home müştəriləri aldadır mən özüm ordan rədmi 9 götürdüm kredit nağd 220 olduğu halda orda 230 və kreditle 330 başa gəldi halbuki aşağıda mənə bildirmişdi ki 40-50 manat fərq edecek maksimum sonrada iki ay qalmış krediti bağlamışam 124 gündən sonra mənə zəng edib deyiler ki sənin dukana burcun var bax insalari bu cür müxtəlif variantlarla mədəni formada ciblərinə girler

  • Elmin
    Yanvar 6, 2023 - 10:24

    Əmək haqqımı 15 gündü ala bilmirem , qalmışdı mükafat alım

  • Niko_Safar
    Yanvar 6, 2023 - 12:18

    Görülən müsbət işi mənfi kimi təqdim etməkdə məqsədiniz nədir? Hansısa şirkətin bayramda əməkdaşlara əlavə pul və ya hədiyyə vermək kimi bir öhdəliyi yoxdur. Şirkət əməkdaşlara jest edibsə bunun nəyi pisdir? Həmçinin digər hədiyyələr də olub və əməkdaşın seçiminə uyğun hədiyyə təqdim edilib. Bilmədən ( və ya qəsdən ) və qarşı tərəflə dəqiqləşdirmə etmədən xəbər paylaşmaq qeyri-peşəkarlıqdan və qaralama kampaniyası aparmaqdan başqa birşey deyil!

  • Şahbuz
    Yanvar 6, 2023 - 13:55

    Şirkət öz işçilərinə bayram hədiyyəsi verib. Burda heç bir qeyri normal hal görmürəm. Sadəcə sensaya yaratmaq xətrinə yazılmış məqalədir.

  • Rəhim
    Yanvar 7, 2023 - 00:18

    Əslində işçilərinə cəhənnəm nəyisə sırıyırsada, axırı ki, verir…
    Amma El -aləm bilir ki, kontakt konkret hoqqa şirkətdir. Xarab malına zamin durmur, qalır sırıdığı müştərinin boynunda, faizsiz adı ilə camaatı böyük faizli sələm borcu quyusuna tullayırlar qapağını da bağlayırlar, arada orda işləyən vitrin uşaqlarına ürəyim ağrıyır. 3 aylıq faizsiz kampaniyasında isə birmənalı şəkildə ya xarab malları sırıyırlar, ya da tamam köhnə modelləri… nağd qiymətə başqa daha ucuz yerlər də var. Qısası… sizin marketinq siyasətiniz gülüncdür. Sonrada reklam edirlər ki, şəhid ailəsinə kömək elədik, filankəsə yardım elədik.. bizə artıqlaması ilə atdığınız pulları öz reklam şoularınıza xərcləməyə nə var ki… düzgün qazancdan şəxsi gəlirinizi xərcləmirsiz ki.. bizə fırladıb özünüzə ucuz nüfuz qazanmaq istəyirsiz… hamı da başa düşür, və pis sözlər deyirlər 😠

  • ayhan
    Yanvar 7, 2023 - 10:41

    Endirim kampaniyasından əvvəl bir soyuducunun qiyməti 750 manat idi, kampaniya zamanı vitrində gördüm ki, həmin soyuducunun qiyməti 950 manatdan 750 manata düşüb. Fırıldaq.

  • Vuqa
    Yanvar 7, 2023 - 11:12

    Bes siz ne gozleyirdiz, deputat cixib deyecek ki, bu qeder neheng sirket menimdi ? O zaman ortaya cixacaq suallar bellidi, ona gore de mecbur inkar edecek subut olana qeder

  • Nikoo
    Yanvar 7, 2023 - 14:06

    50manat azdii?nagd pul olsun ve yaxud magazadaki her hansisa mali almag.o kartdaki pul qarwiliginda pulsuz 50 azn deyerine mal goture bilecekler..neyi pisdiki bunun?bezi iwcilerin nankorluyudur bu.50azn deyerinde o magazada cox cewid var.ala bilerler..ne vacibdir pulu cixarsinlar..bow bow yazib.kiminse iwinin adine leke yaxmayin.

  • Vüqar
    Yanvar 8, 2023 - 03:23

    Ölkəmizdə nə desən gözləmək mümkündür.Bu nədir ki hələ,hörmət edob yenə kartlara köçürüblər.Virtual olada bilərdi,yəni beyinlərdə ancaq təsəvvür formasında yaratmaq.

  • Sabuhi
    Yanvar 8, 2023 - 07:13

    Kontakthome. Aferist siyasetli bir dukandi.
    Qizil zemenet verib ona gore elave Pul alib
    90azn liq mali 190 azn soxur mal brak cixir mali deyiwmir. Deyirlet 90 manatliq bir wey dukannan alin

  • Sabuhi
    Yanvar 8, 2023 - 07:14

    A

  • Intiqam
    Yanvar 8, 2023 - 11:02

    Yaxshidir da bayramda 50 aznlik mal hediyye edir. Shirketler onu da etmir hech. bayramda hediyye veren shirket cox azdir Azerbaycanda. Halal olsun kontakta. Baxmiyaraq ki men hec kontaktin musterisi deyilem…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*