Koronavirus peyvəndi bu şəxslərdə az effekt verə bilər – AÇIQLAMAbackend

Koronavirus peyvəndi bu şəxslərdə az effekt verə bilər - AÇIQLAMA

“Bütün növ koronavirusa qarşı vaksinlər təsirlidir. Sadəcə olaraq effektləri müəyyən qədər fərqli – az yaxud çox ola bilər. Amma istənilən halda vaksinasiya mütləq şəkildə xeyirlidir. Ola bilər ki, xeyri bir qədər az olar, zərəri isə milyonda bir”.

KONKRET.az xəbər verir ki, bu sözləri həkim Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, vaksinasiyadan sonra bəzi şəxslərdə yaranmış anti-cisimlərin qanda miqdarı yetərli qədər olmaya bilər:

“Tutaq ki, anti-cisimlərin iki dəfə vaksinləşmədən sonra 5-6 ay olması planlaşdırılır. Lakin ola bilər ki, bəzi şəxslərdə bu müddət daha tez başa çatsn. Lakin bu, hamıya aid deyil. Bunu kontrol qan analizləri ilə tənzimləmək olar.

Amma vaksinin ciddi yan təsirlərinin olması barədə dezinformasiyalar və ya hansısa ölkədə vaksindən ölənlərin olması barədə şayiələr absurd fikirlərdir. Biz hamımız vaksin etdirməyə can atmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*