Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen haqda MARAQLI MƏLUMATLAR + FOTOLARbackend

Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen haqda MARAQLI MƏLUMATLAR + FOTOLAR

Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 93 milyon 752 min 626 manat ianə toplanıb.

KONKRET.az xəbər verir ki, ianə edənlər arasında həm fiziki, həm də hüquqi şəxslər var. Müxtəlif təbəqədən olan insanlar bacardıqları qədər yardım ediblər.

Fonda ianə köçürənlərin arasında dövlət xadimləri sabiq və hazırki nazirlər, biznesmenlər, bir sözlə, xeyli sayda tanınmış var.

İanə edənlər arasında hətta xarici vətəndaşlar da var. Onlardan biri məşhur britaniyalı biznesmen Marandi Cavad Alimuraddır. Cavad Marandi fonda 1 milyon 100 min manat dəyərində ianə köçürüb. İran əsilli iş adamının fonda bu qədər yüksək məbləğdə pul köçürməsi maraqla qarşılanıb.

Bəs biznesmenin Azərbaycan fonduna bu dəstəyinin səbəbi nədir?

Belə ki, İran əsilli biznesmen azərbaycanlı onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir. Cütlüyün bu evlilikdən 3 övladı var.

Nərminə Əlizadə “BFC Fashion Trust”ın himayəçisi və idarə heyətinin üzvü, “Serpentine” qalereyalarının Mədəniyyət və Sosial Komitəsinin həmsədridir.

Onun sahib olduğu müəssisələrin bank dəyərində ümumi məbləği 12 milyon, aktivlərin dəyəri isə 24,1 milyon funt sterlinqdir.

Cavad Marandi biznes və xeyriyyə sahəsindəki xidmətlərinə görə, 2020-ci il Yeni il Fəxri mükafatlarında Böyük Britaniyanın xüsusi orderinə layiq görülüb.

O, mətbuatda ən varlı azərbaycanlılardan biri kimi təqdim olunur. İş adamı biznesindən əlavə Londonda təxminən 22.5 milyon funt sterlinq dəyərində bir evə, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir. yenisabah.az

LONDON, ENGLAND – SEPTEMBER 17: Narmina Marandi wears an Emelia Wickstead dress during London Fashion Week September 2018 on September 17, 2018 in London, England. (Photo by Kirstin Sinclair/Getty Images)
  • məmiş
    Sentyabr 20, 2020 - 15:50

    hələ 2-3 ay öncə o fonda yığılan pul 112 milyonu keçmişdi..necə oldu o 20+ milyon..həm də pu pullar necə və hara xərclənir, bilən varmı?

  • Zamina Elturan
    Sentyabr 20, 2020 - 16:09

    Bu yazıq bilmirmi bu ölkədə yehayedi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*