“Korrupsiya və rüşvət halları ilə bağlı kifayət qədər məlumatımız var” — Vahid Əhmədovbackend

"Korrupsiya və rüşvət halları ilə bağlı kifayət qədər məlumatımız var" — Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov ölkədə son zamanlar baş verən məmur özbaşınalığından, korrupsiya və rüşvət hallarından danışıb. 

KONKRET.az xəbər verir ki, millət vəkili, Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür neqativ hallarla bağlı kifayət qədər məlumatlar daxil olmaqdadır:

“Bizim doğurdan da, çox ciddi problemlərimiz var. İndiki halda, Qarabağda tikinti işləri, infrastruktur layihələri həyata keçirmək lazımdır. Yəni, o ərazilərdə bu fəaliyyəti əsas götürmək və köməklik etmək lazım idi. Nəinki orada torpaq sahəsi götürsün, idarə üçün bina tikdirsin. Hansısa işlə məşğul olsun. İdarə lazım olanda, cənab Prezident göstəriş verəcək və orada idarə yaradılacaq. Amma onu deyim ki, korrupsiya və rüşvət halları ilə bağlı kifayət qədər məlumatımız var. Hətta rayon icra başçıları ilə bağlı məlumatlar getdikcə daha da ciddiləşir. Baxmayaraq ki, Dövlət Təhlükəsizlik Xidməti müəyyən tədbirlər həyata keçirir, bunlar öz əməllərindən qalmırlar. Ümumiyyətlə, bu, çox ciddi məsələdir. Korrupsiyaya qarşı, rüşvətə qarşı mübarizə amansız aparılmalıdır. Bu işlə məşğul olan hər kəs öz cəzasını almalıdır”.

V.Əhmədov deyir ki, Vətən müharibəsindən sonra vəziyyətin tamam başqa axara yönələcəyini gözləsə də, lakin nəticədə məmurların öz davranışları ilə dəyişmədiyinin şahidi olub:

“Ölkənin birinci şəxsi cənab Prezident çox ciddi iradlar göstərdi. Bu iradları kimliyindən asılı olmayaraq, hər bir insan, hər bir məmur başa düşməlidir. Açığı mən inanırdım ki, 44 günlük Vətən müharibəsindən sonra o adamlar dəyişər. Artıq hamı başa düşər ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib, belə bir müharibədə qalib gəlib. Cənab Prezident dediyi kimi, BMT-nin bu illər ərzində edə bilmədiyi bir işi həyata keçirmişik. Necə deyərlər, təşkilatın qərarlarının icrasına nail olmuşuq. Bu, olduqca böyük bir işdir, Azərbaycan üçün qələbədir, zəfərdir. Bundan sonra, həmin məmurlar anlamalı idilər ki, Azərbaycanda tamamilə başqa ictimai-siyasi həyat olacaq. Yəni, rüşvət və korrupsiya hallarına son qoyulmalı idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*