Böyük Britaniya Kraliçası II Elizabet 95 yaşında taxtdan getməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bunu ingilis jurnalist Robert Cobson deyib.
Jurnalist bildirib ki, kraliça II Elizabet taxtı şahzadə Çarlza təhvil verəcək.
Xatırladaq ki, yaxın aylarda 94 yaşını qeyd edən kraliça 1952-ci ildə taxta çıxıb və onun dövründə ümumilikdə 14 baş nazir fəaliyyət göstərib.
