Rusiya Prezidenti Vladimir Putinlə Belarusun rəhbəri Aleksandr Lukaşenkonun Soçidə baş tutan danışıqları bir neçə mərhələdən ibarət idi.
KONKRET.az xəbər verir ki, bunu “Moskva. Kreml. Putin” verilişində Putinin mətbuat katibi Dmitri Peskov söyləyib:
“Görüşün ilk hissəsi fevralın 7-də günortadan sonra təşkil edildi. Siyasətçilər əlverişsiz hava şəraiti səbəbindən Soçiyə gedə bilməyən Rusiya heyətinin bir hissəsini gözləyərkən cari məsələləri müzakirə etdilər. İkinci mərhələ axşam saatlarında Rusiyadan nümayəndə heyəti ilə baş tutdu”.
Peskov bunun zəruri olduğunu qeyd edib: “Çünki bəzi məsələlər ekspert qiymətləndirməsini və fikirlərini tələb edir. Məsələn, Belarusiyaya dolayı yolla subsidiyalar məsələsi”.
“Əlbəttə ki, prezidentlər öz nazirlərinin ekspert biliklərinə müraciət edirlər”, – deyə rusiyalı siyasətçinin mətbuat xidmətinin rəhbəri əlavə edib.
Babək Göyüş
KONKRET.az
