“Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik” – Şarl Mişelbackend

"Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik" - Şarl Mişel

Rusiyadan gələn təhdidlər Avropa ölkələrini qorxutmamalıdır.

KONKRET.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.

Mişel Aİ-yə üzv ölkələrin Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq üçün bir-biri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

“Sakit olmalıyıq. Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik”, – o qeyd edib.

Mişel Rusiya qazına alternativlərin inkişaf etdirilməsi istiqamətində irəliləyiş əldə etdiklərini və qış aylarında baş verə biləcək enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdıqlarını söyləyib./Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*